Bazar, 05 May

"Pandemiyanın son dövrünü yaşayırıq” — İnfeksionist

image

“Artıq pandemiyanın sonundayıq”.

Bu sözləri açıqlamasında infeksionist Mərdan Əliyev deyib.

Xatırladaq ki, Azərbaycanda koronavirus infeksiyasına yoluxma 3 nəfərə enib. Son gündə COVID-19-dan vəfat edən də olmayıb.

M. Əliyevin sözlərinə görə, yay ayları virus üçün ölü mövsümdür:

“Yay aylarında virus artmır, əksinə, azalır. Lakin ötən ilin yayında virus sürətlə yayıldı, yoluxma sayı gündən-günə artırdı. Ümumiyyətlə, karantin qaydaları yumşaldığına görə virus sürətlə yayılırdı. Azalmalar karantin qaydalarının sərtləşdirilməsi hesabına oldu”.

İnfeksionist bildirib ki, pandemiyanın bitəcəyi bir neçə ay öncədən proqnozlaşdırılmışdı:

“Yay fəsilində xəstəliklər azalır. Həm Günəşin aktivliyi yüksəlir, həm də insanlar evi tez-tez havalandırır. Qapı-pəncərə açıq olur deyə, yoluxma az olur. Digər tərəfdən, Günəşin təsirindən D vitamininin yüksək olması immun sisteminin güclənməsinə təsir göstərir.

Pandemiya artıq sönür. Bu, bir neçə ay öncədən proqnozlaşdırılmışdı. "Omikron" ştammı kollektiv immuniteti formalaşdıracaq və pandemiya bitəcək.

Hazırda bütün dünyada virusa yoluxanların sayında azalma var. Bu da onu göstərir ki, pandemiyanın son dövrünü yaşayırıq”.

Aftafa.tv

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15